Tesla Dojo: Avtomobilləri "Düşünən Maşın"a Çevirən Süni İntellekt
- Gelecek Bytes
- 13 Şub
- 3 dakikada okunur
Güncelleme tarihi: 14 Mar
İllərdir Elon Musk Dojo haqqında danışır — Tesla-nın süni intellekt sahəsindəki ambisiyalarının əsasını təşkil edəcək AI superkompüteri. Musk üçün bu layihə o qədər vacibdir ki, 2024-cü ilin iyulunda Tesla-nın süni intellekt komandası Dojo üzərində ikiqat daha çox çalışacağını açıqlamışdı. Bu strategiya, şirkətin oktyabr ayında təqdim etdiyi robotaksi layihəsinə hazırlığın bir hissəsi idi.
Gelecek Bytes olaraq, Tesla-nın AI sahəsindəki inqilabi addımlarını yaxından izləyirik və bugün sizlərə Dojo haqqında tam məlumat verməyə çalışacayıq.
Dojo - ya keçmədən öncə Tesla haqqında kiçik bir məlumat vermək istəyirik. İstəsəniz bu hissəni keçə bilərsiniz

Tesla – Avtomobil Sənayesini Dəyişdirən İnnovativ Güc (Tesla Dojo Süni İntellekt)
Tesla, elektrik avtomobilləri, enerji saxlama sistemləri və süni intellekt əsaslı texnologiyalar sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir. Elon Musk-un rəhbərliyi altında Tesla, avtomobil sənayesində inqilab yaradaraq, ənənəvi daxili yanma mühərrikli avtomobilləri elektrikli nəqliyyat vasitələri ilə əvəz etməyi hədəfləyir
Tesla Nə Edir?
Elektrik Avtomobilləri: Tesla Model S, Model 3, Model X və Model Y kimi məşhur avtomobilləri ilə dünya bazarında liderdir.
Avtonom Sürüş Texnologiyası: Full Self-Driving (FSD) və Autopilot sistemləri ilə Tesla avtomobilləri süni intellekt dəstəyi ilə avtonom idarəetməyə doğru irəliləyir.
Enerji və Batareya Texnologiyaları: Tesla, Powerwall, Powerpack və Megapack kimi məhsulları ilə yaşıl enerjini dəstəkləyir və günəş enerjisi sahəsində də innovativ həllər təklif edir.
Süni İntellekt və Superkompüterlər: Tesla Dojo, şirkətin avtonom sürüş texnologiyalarını inkişaf etdirmək üçün yaratdığı güclü süni intellekt superkompüteridir. (Dojo Haqqında biraz məlumat aldıq, indi daha detaylı yazaq)

Tesla-nın Dojo Superkompüteri: Avtonom Sürüşün Gələcəyi
Hazırda Tesla avtomobillərində FSD (Full Self-Driving) aktifdir, lakin sürücü hər zaman sükan arxasında diqqətli olmalıdır.Hər an qəza ola bilər. Dojo Tesla - xüsusi olaraq Tesla tərəfindən hazırlanmış superkompüterin əsas məqsədi "Tam Avtonom Sürüş" (Full Self-Driving – FSD) neyron şəbəkələrini öyrətməkdir.Dojo-nun gücləndirilməsi, Tesla-nın tam avtonom sürüşə çatmaq və robotaksiləri bazara çıxarmaq hədəfi ilə sıx bağlıdır. Əgər Dojo güclənərsə, əsas məqsədinə çatarsa, sükan arxasında sürücünün oturmasına ehtiyac qalmayacaq.
Tesla Dojo nədir?
Tesla Dojo, Tesla tərəfindən xüsusi olaraq kompüter görməsi (computer vision) və video emalı üçün hazırlanmış superkompüterdir. Bu sistem, Tesla-nın Tam Avtonom Sürüş (FSD) süni intellekt modelinin təlimini gücləndirmək üçün istifadə olunur. Şirkətin açıqlamalarına görə, Dojo iyul 2023-cü ildən etibarən istehsal mərhələsinə keçib.

Dojo hansı məlumatları emal edir?
Dojo, Tesla-nın 4 milyondan çox avtomobilinin real sürüş zamanı topladığı milyonlarla terabayt video məlumatını emal etmək üçün hazırlanıb. Bu məlumatlar hamısı Bu, süni intellekt modellərinin öyrədilməsini və FSD sisteminin inkişaf etdirilməsini daha effektiv edir.
Dojo-nu digər superkompüterlərdən fərqləndirən nədir?
Ənənəvi superkompüterlərdən fərqli olaraq, Dojo-nun memarlığı tamamilə fərqli yanaşmaya əsaslanır. Bu, onun avtonom sürüş üçün lazım olan nəhəng həcmdə vizual və video məlumatlarını daha sürətli və effektiv emal etməsinə imkan yaradır.
Elon Musk və Tesla-nın Avtonom Sürüş Hədəfi: Süni İntellektdən İstifadə
Elon Musk, Tesla-nın sadəcə avtomobil istehsalçısı olmasını deyil, süni intellekt sahəsində lider bir şirkət olmasını istəyir.Digər tədbirlərdə Dojo-ya daha çox vaxt ayıracağını bildirməsinin səbələrindən biridə budur.Elon Musk avtonom sürüş (FSD) haqqında məlumat bildirərkən söyləmişdi ki, Digər şirkətlər radar və kameralar kimi bir neçə sensorla dünyanı qavrayaraq avtonom sürüş texnologiyası inkişaf etdirirlər. Tesla isə yalnız kameralarla vizual məlumatlar toplayaraq və inkişaf etdirilmiş neyron şəbəkələri ilə bu məlumatları işləyərək tam avtonom sürüşə nail olmağı planlayır.Dojo haqqında Elon Musk 2019 - cu ildən bəri danışırdı, amma Tesla bunu rəsmi olaraq 2021-ci ildə keçirilən ilk AI Günü tədbirində Andrej Karpathy (Tesla-nın keçmiş süni intellekt rəhbəri) bəhs etdi.

Tesla FSD Abunəçiləri və Dojo ilə Gələcək Avtonom Sürüş
Hazırda Tesla-nın FSD (Tam Avtonom Sürüş) xidmətinin qiyməti 8,000 dollar olmaqla, daha əvvəl 15,000 dollara qədər yüksəlmişdi. 1.8 milyon insan bu yüksək abunə qiymətini ödəyərək FSD
(Full Self-Driving) - ə qoşulub.
Tesla və Nvidia: D1 Çipləri
Tesla hal-hazırda Dojo təlim kompüterini gücləndirmək üçün Nvidia çiplərindən istifadə edir, amma bütün yumurtalarını eyni səbətə qoymaq istəmir. Nvidia çiplərinin baha olması, Tesla-nın daha sərfəli və effektiv bir həll tapmağı düşünməsinə səbəb olub.Bu səbəbdən, Tesla-nın süni intellekt bölməsi, ənənəvi sistemlərdən daha səmərəli AI modellərini təlim etmək üçün öz xüsusi hardware proqramını inkişaf etdirməyə qərar verdi.Bu proqramın mərkəzində Tesla-nın xüsusi D1 çipləri dayanır. Şirkətə görə, D1 çipləri süni intellekt iş yükü üçün optimallaşdırılıb və bu çiplər, Tesla-nın AI sistemlərini daha sürətli və effektiv bir şəkildə təlim etməyə imkan verir.

Tesla 2025: Dojo-da Yeniliklər Yoxdur
2025-ci ildə Tesla-nın Dojo layihəsi ilə bağlı heç bir yenilik paylaşılmayıb. Bu, şirkətin süni intellekt və avtonom sürüş texnologiyalarında irəliləyişlərini daha çox Cortex və FSD V13 kimi yeni təlim sistemləri üzərində fokuslaşdırdığını göstərir.
Dojo haqqında hələlik bu qədər danışdıq, Kiçik də olsa D1 çipləri haqqında bir araştırma etdik, Sıra D1 - in H100 çipləri ilə müqayisəsinə və D2 çipləri haqqında danışmağa gəldi. Bir sonraki məqalədə Görüşənədək…
Comments