Snapdragon 6 Gen 4 : Orta segmente xas yeni performansı və təkmilləşdirilmiş oyun təcrübəsi təqdim edir.
- Gelecek Bytes
- 19 Şub
- 2 dakikada okunur
Güncelleme tarihi: 14 Mar
Qualcomm Technologies, Inc. Snapdragon® 6 Gen 4 mobil platformasını fevral ayının 12-si elan edib.
Snapdragon® 6 Gen 4 istifadəçilərə təkmilləşdirilmiş oyun performansı, uzunmüddətli batareya ömrü və sürətli 5G bağlantısı təqdim edir.

Snapdragon® 6 Gen 4 Texniki analiz:
Bu platforma 16 GB - a qədər LPDDR5 ram və UFS 3.1 dəstəkləyir.
Ekran dəstəyi olaraq 1080p çözünürlükdə 144 Hz yeniləmə sürətini dəstəkləyir.
Kamera hissəsi 200 mp - ə qədər dəstəkləyən üçlü 12 bit ISP - ilə təchiz olunmuşdur.
Bağlantı xüsusiyyətləri arasında 5G, Wifi 6E, Bluetooth 5.4 və USB - C 3.1 yer alır.
Snapdragon® 6 Gen 4 Oyun performansı:
Snapdragon® 6 Gen 4 oyun performansı cəhətindən orta segment çipi kimi nəzərdə tutulsa da əvvəlki nəsillərə görə ciddi inkişaflar təqdim edir. Yeni Adreno GPU sayəsində qrafik performansda 29% - ə qədər yaxşı göstəricilərə sahibdir. Bu da daha axıcı kadr sürəti ilə daha yaxşı oyun oynamağa imkan verir.
Snapdragon® Elite Gaming - in bəzi xüsusiyyətləri bu çip - ə əlavə olunub.
Bu, daha stabil FPS (kadr sürəti), daha az gecikmə və dinamik qrafik optimizasiyası kimi üstünlüklər gətirir. Həmçinin Snapdragon® SoundsTM texnologiyası sayəsində wireless (simsiz) formada itkisiz səs və daha az gecikməli audio dəstəyi var ki, bu da multiplayer oyunlar üçün çox önəmli faktordur.
Batareya optimizasiyasına gəlincə, 12% - lik enerji qənaəti uzunmüddətli oyunlar üçün daha yaxşı performans deməkdir.
Snapdragon® 6 Gen 4 AI - imkanları:
Snapdragon® 6 Gen 4 əvvəlki nəsillərə görə daha yaxşı inkişaf etmiş AI imkanları ilə gəlir. Qualcomm Hexagon NPU (Neural Processing Units) vasitəsilə cihaz daxili süni intellekt proseslərini daha sürətli və enerjiyə qənaət edərək icra edə bilir.

Ümumilikdə Snapdragon® 6 Gen 4 orta segment üçün AI performansında əhəmiyyətli bir irəliləyiş təqdim edir. Ancaq hələ də flaqman səviyyəli AI gücünə sahib deyil.
Snapdragon® 6 Gen 4 - Ümumi bazara təsirləri:
Bu çipin bazarda hansı dəyişikliklərə səbəb olacağını və hansı təsirləri göstərəcəyini başa düşmək üçün bəzi məqamları gözdən keçirmək lazımdır.
Performansın artırılması: Snapdragon® 6 Gen 4 - ün təqdim etdiyi 5G dəstəyi, AI təkmilləşdirmələri və oyun performansı həm mütəxəssislər həm də orta seqmentasiyaya daxil alıcılar üçün böyük bir irəliləyişdir. Bu çip xüsusilə orta seqmentdə rəqabət də üstünlük qazanmağa imkan verir.

Cihaz istehsalçıları : Qualcomm - un bu yeni çipi Oppo, Realme və Honor kimi aparıcı brendlər tərəfindən öz smartfonların da istifadə edilməsi planlaşdırılır. Bu da həmçinin markaların bazardakı rəqabət səviyyəsini artırmasına və bazarda daha güclü yer tutmalarına imkan yaradacaq.
Snapdragon® 6 Gen 4 - ün güclü xüsusiyyətləri bazarın orta seqmentini hədəfə alır. Bu da digər çipset istehsalçıları (MediaTek və ya Samsung) ilə rəqabəti gücləndirir. Qualcomm bu yeni çipi ilə daha sərfəli qiymətə yüksək performans təklif edərək bazardakı mövqeyini gücləndirə bilər.
Snapdragon® 6 Gen 4 - ün təqdim etdiyi yeni imkanlar rəqiblərini və ümumilikdə bazarı necə dəyişdirəcəyi zamanla görünəcək.
Bəs sizin fikrinizcə bu yeni çipin bazarda uğurlu olma ehtimalı varmı ?
#Snapdragonperformansıoyuntecrübesi
Comments