Robotlar İnsanlara Qarşı: Pekində Humanoid Robotların İlk Marafonu
- Gelecek Bytes
- 6 gün önce
- 2 dakikada okunur
2025-ci ilin aprel ayında Pekində yerləşən E-Town texnologiya mərkəzi texnologiya sahəsində yeni bir səhifə açacaq maraqlı tədbirə ev sahibliyi etdi – dünyanın ilk insanabənzər robot yarımmarafonu. Tədbirin əsas məqsədi robot texnologiyalarının real həyatda tətbiq imkanlarını nümayiş etdirmək, süni intellekt və mexaniki hərəkət sinxronizasiyasının gələcəyini araşdırmaq idi.

Robotlar İnsanlara Qarşı- Tiangong Ultra “Qalib Robot”
Bloomberg agentliyinin verdiyi məlumata görə, yarışın qalibi olan "Tiangong Ultra" adlı robot Çin hökumətinin dəstəklədiyi X-Humanoid tədqiqat institutu tərəfindən hazırlanıb və 21 kilometrlik məsafəni 2 saat 40 dəqiqəyə tamamlayıb. Bu nəticə insanlar üçün təsiredici sayılmaz – yarışın qalib insan iştirakçısı məsafəni cəmi 1 saat 2 dəqiqəyə qət edib, hətta adi qaçış həvəskarları belə yarımmarafonu çox vaxt 2 saatdan az müddətdə bitirirlər.
İnsan Dəstəyi Olmadan Olmur
Tiangong Ultra-nın bu uğuru tamamilə müstəqil deyildi. O, qarşısında qaçan bir insanın belindəki siqnal ötürücü cihaz vasitəsilə yönləndirilirdi. Robot insanın hərəkətlərini təqlid edərək irəliləyirdi. Digər robotların əksəriyyəti isə uzaqdan idarə olunan sistemlərlə çalışırdı və operatorlar onların yanında qaçaraq idarəni həyata keçirirdi.
Digər Robotların Performansı
Yalnız 4 robot 4 saatlıq vaxt limiti daxilində məsafəni tamamlaya bildi.Bəzi robotlar start xəttini belə düzgün keçə bilmədi.
Shennong adlı robot dəstək qaçışçını yıxdı, daha sonra hasara dəyərək tamamilə sıradan çıxdı.
Little Giant (cəmi 76 sm boyunda) qaçış zamanı dayanaraq başından tüstü çıxmağa başladı.
Unitree G1 startda yıxıldı – səbəb isə onun şirkətin rəsmi alqoritmləri olmadan istifadəsi idi.
Texniki Şərtlər və Dəyişikliklər
Yarış boyu robotlara batareya dəyişdirmək icazə verilirdi. Tiangong Ultra 3 dəfə batareyasını dəyişdi. Hətta müəyyən zaman cəzası qarşılığında robot dəyişdirmək də mümkün idi.Bu, yarışın daha çox sınaq məqsədi ilə keçirildiyini göstərir.
X-Humanoid şirkətinin texniki direktoru Tanq Cianq yarışdan sonra verdiyi açıqlamada bildirib:"Lovğalanmaq istəmirəm, amma düşünürəm ki, Qərbdə heç bir robot texnologiya şirkəti Tiangong-un idman uğurlarına çata bilməyib."
"Robotlar İnsanlara Qarşı"- bu yarış bir daha göstərdi ki, humanoid robotların inkişafı sürətlə irəliləyir, amma hələ ki insan səviyyəsinə çatmaq üçün çox yol var. Enerji səmərəliliyi, balans, koordinasiya və süni intellektin real zamanlı qərarvermə imkanları sahəsində təkmilləşmələrə ehtiyac qalır.
コメント