top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

Qələbə hər kəs üçün deyil. Mən pis insanam? NIKE

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 21 Nis
  • 1 dakikada okunur

Nike tez-tez "qalib ruhlu" insanları, mübarizəni və özünü aşmağı tərənnüm edir. Bu başlıqla isə belə deyir: "Bəlkə də sən hamı kimi deyilsən. Bəlkə də hamı kimi yumşaq deyilsən. Amma bu səni pis insan eləmir. Çünki bu oyun (qalibiyyət) – zəiflər üçün deyil."



Nİke reklam videosu- Mən pis insanam?

Bu cür reklam: Qalib gəlmək istəyənlər üçün güclü motivasiya olur. Öz sərtliyindən və mübarizliyindən utanmayan insanlara "sən haqlısan" mesajı verir. İnsanların düşünməsini təmin edir: “Həqiqətən pis insanam, yoxsa sadəcə məqsədyönlü və ciddi biri?”


"Mən pis insanam? NIKE" Reklam başlıqının təhlili:

– Qalib gəlmək hər kəs üçün deyil. Bu ifadə sanki cəmiyyətin hər kəsə qalib gəlməyi mümkün və ya vacib kimi göstərməsinə qarşı çıxış edir. Nike burada reallığı qəbul etdirir: "hər kəs qazanmayacaq". Bu isə bir tərəfdən motivasiya doğura bilər ("mən istisna ola bilərəm"), digər tərəfdən tənqidi yanaşma ehtiva edir.

– Mən pis insanam? Bu sual şəxsi dilemma yaradır və insanı düşünməyə vadar edir. İdmanda və həyatda sərt və aqressiv olmaq pislikdirmi, yoxsa məqsədə çatmaq üçün bir yol? Nike bunu müzakirəyə açır.

– Brendin adı başlığın sonunda yerləşdirilərək güclü təsir yaradır. Yəni bu fikirləri sənə Nike düşündürür. Sadəcə ayaqqabı deyil, həyat fəlsəfəsi təklif edir.


Mən pis insanam?NIKE - bəs siz necə düşünürsünüz?



Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page