top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

iPhone 17 Air: Nazik Dizaynı, Kamera Dəyişiklikləri və Yeniliklər

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 22 Mar
  • 2 dakikada okunur

Apple-ın növbəti flaqman telefonu olan iPhone 17 ilə bağlı şayiələr artıq gündəmi zəbt edib. Görünən odur ki, texnologiya nəhəngi daha nazik və modern dizayna sahib olan iPhone 17 Air modeli üzərində çalışır. Üstəlik, iOS 19-un da bu cihazla birlikdə istifadəyə veriləcəyi və əhəmiyyətli vizual dəyişikliklər gətirəcəyi gözlənilir.


iPhone 17 Air: Nazik və Yüngül Dizayn

Apple-ın iPhone 17 seriyasında təqdim edəcəyi əsas yeniliklərdən biri, "Air" adlı xüsusi bir model olacaq. iPhone 17 Air-in 6.6 düym ekran ölçüsü ilə gələcəyi və cəmi 5.5 mm qalınlıqda olacağı iddia edilir. Bu, onu Apple-ın indiyə qədər istehsal etdiyi ən nazik iPhone edəcək.

Jeff Pu və Ming-Chi Kuo kimi etibarlı mənbələrə görə, iPhone 17 Air daha yüngül və incə korpusa sahib olmaqla yanaşı, daha uyğun qiymətə təqdim ediləcək. Gözlənilən qiymətin isə 900 dollar ətrafında olacağı bildirilir.

Həmçinin aşağıdakı bir çox məlumat Bloomberg-in Apple analisti Mark Gurman tərəfindən yayılmışdır.


Kamera Panelində Yeniliklər: iPhone 17 Air Kamera Dizaynı

Nazik dizayn bəzi texniki dəyişikliklər tələb edəcək və bu, əsasən kamera moduluna təsir edə bilər. Məlumatlara görə, iPhone 17 Air modeli yalnız bir əsas kameraya sahib olacaq. Bu, istifadəçilərin ultra geniş və ya telefoto lenslərdən məhrum olacağı anlamına gəlir. Lakin ön kameranın təkmilləşdiriləcəyi və daha yaxşı selfi və video zəng keyfiyyəti təqdim edəcəyi deyilir.


iPhone 17 seriyası
iPhone 17 seriyası

Bununla yanaşı, digər iPhone 17 modellərində kamera dizaynında dəyişikliklər nəzərdə tutulur. Pro modellərdə daha böyük və düzbucaqlı kamera modulları istifadə ediləcəyi və üfüqi şəkildə yerləşdirilmiş kamera panellərinə üstünlük veriləcəyi bildirilib. Bu dəyişikliklər, Apple-ın rəqibləri ilə vizual fərqlilik yaratmaq məqsədini göstərə bilər.


Ekran və Performans Təkmilləşdirmələri

iPhone 17 seriyasının bütün modellərində 120Hz ProMotion ekran texnologiyasının tətbiq ediləcəyi gözlənilir. Bu, iPhone-un baza modellərində mövcud olan 60Hz yenilənmə tezliyinə son qoyacaq. Həmçinin Həmişə Açıq Ekran xüsusiyyətinin də baza modellərə gətiriləcəyi ehtimal olunur.

Performans baxımından isə, cihazın A18 və ya A19 prosessoru ilə gücləndiriləcəyi və 8GB RAM ilə təchiz ediləcəyi deyilir. Bundan əlavə, Apple-ın öz istehsalı olan C1 5G modemi ilə daha sürətli və stabil internet bağlantısı təmin ediləcək.


Batareya və Digər Texniki Detallar

Nazik dizaynın ən böyük problemlərindən biri batareya tutumudur. Daha az yer batareyanın daha kiçik olması deməkdir. Apple isə bu problemi həll etmək üçün xüsusi enerji idarəetmə həlləri üzərində işləyir. Bununla yanaşı, iOS 19-un enerji istifadəsini optimallaşdıracaq yeni funksiyalar təqdim edəcəyi gözlənilir.


    iPhone 17
iPhone 17

Ən önəmli faktora nəzər salaq: Mark Gurman-ın açıqlamalarından belə bir nəticə çıxarılmışdır ki, iPhone 17 seriası ilə geləcək olan ən böyük yenilik şarj yerinin olmaması ola bilər.


Nəticə etibarı ilə iPhone 17 seriyası ilə Apple, istifadəçilərə daha nazik, daha sürətli və innovativ bir təcrübə vəd edir. iPhone 17 Air modeli ilə yanaşı, digər modellərdə də təkmilləşdirilmiş ekranlar, güclü kameralar və daha yüksək performans təqdim ediləcək.

Apple-ın sentyabr ayında keçirəcəyi təqdimat tədbirində bu yeniliklərin rəsmi olaraq elan ediləcəyi gözlənilir. Hər halda, iPhone 17 seriyası texnologiya həvəskarlarının səbirsizliklə gözlədiyi cihazlardan biri olacaq.

Comentarios

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
bottom of page