Bizi gizlicə dinləyirlər? Telefonlarımız bizi dinləyirmi?
- Gelecek Bytes
- 24 Mar
- 2 dakikada okunur
Güncelleme tarihi: 12 Nis
CMG Local Solutions tərəfindən paylaşılan bir tanıtımda “aktiv dinləmə” adı verdikləri bir yöntəmi bizə detaylı olaraq anladırlar.Aktiv dinləmə necə çalışır soruşsanız, süni intellekti istifadə edərək, səsi ilk öncə davranışa çevirir, son olaraq reklamları doğru hədəf auditoriyasına görə qruplayır.Yəni, bəli, telefonlarımız bizi həqiqətən dinləyir.

Telefonlarımız bizi necə dinləyir?
Smartfon istifadə edirsinizsə, böyük ehtimal sizdə aktiv dinləmənin qurbanı olmusunuz. Necə bilmək olar? Bir əşya haqqında danışdıqda, daha sonra telefonu istifadə edərkən, az öncə danışdığınız əşyanın reklamını görmüsünüzsə bu ən basit yoludur.CMG tərəfindən qeyd olunan üçüncü tərəf məlumatları, adətən, istifadəçinin şərtlərə razılaşması əsasında məlumat toplayan smartfon tətbiqlərindən əldə edilir (səs və ya başqa şəkildə). Lakin araşdırmalar göstərib ki, insanların 91 faizi şərtləri oxumadan razılaşır. Bu rəqəm 18-24 yaş arası şəxslər üçün 97 faizə qədər yüksəlir.Bir tətbiqin aktiv dinləmə funksiyasını yerinə yetirməsi üçün mikrofon icazəsi tələb olunur. Həm Android, həm də iOS cihazlarında, bu icazə tətbiq quraşdırıldıqda və ya yeniləndikdə açıq şəkildə istənir.Tətbiqlər həmçinin arxa planda işləmək üçün icazə istəyə bilər, bu da onların aktiv istifadə edilmədikdə belə dinləməyə davam etmələrini təmin edir. Mikrofon istifadəsini bir neçə yolla aşkar etmək mümkündür: iOS, mikrofon və ya kamera istifadə edildikdə status çubuğunda narıncı və ya yaşıl nöqtə göstərir. Android isə mikrofonun aktiv şəkildə istifadə edildiyini bildirmək üçün vizual göstəricilərə malikdir.
Telefonlarımızın bizi dinləməsini necə ləğv edə bilərik? (Telefonlarımız bizi dinləyirmi gizlicə dinləyirlər)
Telefonunuza yüklədiyiniz hər bir proqram, sizdən mikrofon icazəsi alar, burada “yalnız istifadə edərkən aç” və ya buna bənzər olan hissəni seçmək lazımdır.Yüklədiyiniz proqramlara baxa, hansına mikrofon icazəsi verib, hansına verməməyi siz seçə bilərsiniz.Əlavə olaraq bir neçə proqramlar vardır ki, onları telefona yüklədiyinizdə yalnız sizin mikrofona ehtiyac olaraq, mikrofon açılır, əks təqdirdə telefonunuz sizi dinləyə bilmir.Unutmadan onu da sizə bildirim ki, bu yolla (aktiv dinləmə) reklam verən şirkətlər sizin səsinizin kodlandığını, bunu yalnız reklam üçün istifadə etdiyini bildirirlər. Amma sadəcə bildirirlər, yəni doğru olub-olmadığına inanmaq sizə qalıb.Aşağıdakı video da proqramlarda mikrofon icazə ayarlarını göstərdim.
留言