Azərbaycanda Ən Yüksək Gəlirli Peşələr Dizayn Sahəsində Karyera
- Gelecek Bytes
- 23 Mar
- 2 dakikada okunur
Güncelleme tarihi: 12 Nis
Azərbaycanda dizayn sahəsində ən gəlirli peşələrdən danışacayıq. Hansı ki bu peşələri öyrənsəz yüksək gəlir əldə edərsiniz, bəziləri isə artıq arxivə gedir.Qeyd edək ki, bu məqalə (Azərbaycanda Ən Yüksək Gəlirli Peşələr - Dizayn Sahəsində Karyera) haqqında yazarkən bəzi Azərbaycandakı iş saytlarını nəzərdən keçirərək, oradan məlumat topladıq.

Qrafik dizayn ixtisası
Qrafik dizayn ixtisası təxmini 400 - 900 Manat arası maaş qazana bilərsiniz. Yüksək maaş almaq üçün çap alətlərində işləməlisiniz.Qrafik dizayn ixtisasında yazdığım maaş aralığı sizin təcrübənizə əsasən müəyyən olunur. (Azərbaycanda təəssüf ki, qrafik dizaynerlərə çox aşağı maaş təklif edirlər :(

UX - UI dizayn ixtisası
UX/UI dizayn ixtisasında maaş aralıqları Qrafik dizayn ixtisası ilə təxmini bərabərdir deyə bilərik.Qrafik dizayn ixtisasında maaş aralıqları 400 - 1000 manat arasıdır. Bəzi iş saytlarında qiymətlər dərc edilmir, razılaşma yolu ilə qeyd edildiyindən bəlkə biraz daha çox ola bilər. Unutmayın Ar Əmək məcəlləsindəki qanuna görə minimum maaş 400 manatdan aşağı ola bilməz.
Motion dizayn ixtisası
Motion dizayn ixtisasında digər dizayn ixtisaslarından (UX - Uİ dizayn ixtisası,Qrafik dizayn ixtisası) fərqli olarak bir çox motion dizayn vakansiyasına baxdıqda burada motion dizayn ilə birlikdə işəgötürənlər qarşı tərəfində qrafik dizayn bilməsini istəyirlər.Əlbəttəki, Motion dizaynda istifadə edilən proqram ilə, qrafik dizayn ixtisasında istifadə edilən proqram fərqli olsada bu ixtisasların bir - biri ilə əlaqəsi var.Ancaq bəzi işyerləri yalnız motion dizayn ixtisası üzrə də işə götürürlər bu aralıqda maaş aralığı 600 - 900 Manatdır. Qrafik dizayn ilə birlikdə motion dizaynı bilirsinizsə bu işdə alacağınız maaş aralığı 800 - 1300 Manatdır.

İnteryer dizayn ixtisası
İnteryer dizayn ixtisasındakı vakansiyalar bir növ motion dizayn ixtisasındakı vakansiyalara bənzəyir. Bir çox interyer dizayn ixtisasındakı vakansiyalarda ekstra olaraq eksteryer dizaynda istəyirlər.Bunun səbəbi bu ixtisasların bir - biri ilə yaxından əlaqəli olmasıdır.Azərbaycanda interyer dizayn ixtisasında çalışsanız 500 - 1500 Manat arası təcrübənizə uyğun olaraq maaş ala bilərsiniz.İnteryer dizayn peşəsi ilə yanaşı, Eksteryer dizaynını bilirsinizsə, və bu kimi işlərdə işləmək istəsəniz minimum 800 Azn ilə iş tapa bilərsiniz.
3D dizayn ixtisası (Azərbaycanda Ən Yüksək Gəlirli Peşələr)
3D dizayn ixtisası ilə bağlı vakansiyalara baxdıqda burada alacağınız minimum maaş bəzi digər dizayn ixtisaslarında maksimum ala biləcəyiniz maaşdan daha çoxdur.Minimum maaş 1200 Manatdan başlayır.3D dizayn vakansiyalarına göz gəzdirdikdə maksimum olaraq 2700
Manat maaş təklif edən şirkətlər gördük.Bu işi yaxşı bilsəniz, Fikrimcə yaxşı maaş ala bilərsiniz :)

Kreativ Menecer (Creative Manager)
Kreativ Menecer ixtisası ilə bağlı vakansiyalar biraz gülüncdür.Kreativ olmasını istəyib, 600 Manat təklif edən kreativ menecer vakansiyaları görürük. 600 - 1500 manat arası maaş ala bilərsiniz.
Məhsul dizaynı (Product Design)
Məhsul dizaynına baxdıqda, geniş sahə olduğundan burada maaş aralığı dəyişir, Rəqəmsal dizayn olduğunda minimum 800 - 1200 maaşlı işlər tapmaq olar. 3D məhsul dizaynı, 3D dizayn kimi maaşı daha çoxdur.
Comments