top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

Apple- ın “ Confetti ” ləqəbli yeni tədbir, dəvət xüsusiyyəti

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 15 Şub
  • 2 dakikada okunur

Güncelleme tarihi: 14 Mar

Confetti - adlı yeni xüsusiyyət ilə bağlı Apple - ın rəsmi açıqlaması mövcud deyil.

Məqalədə haqqında danışılan xüsusiyyətlər sızdırılmış məlumatlara əsaslanır.

Apple- ın yeniliklərə yanaşması həmişə marağımı cəlb edib.


Apple Confetti
Apple Confetti

Apple Confetti nədir ?

Detallar qeyri rəsmi olsada bəzi mənbələrə görə: 

Confetti - fərdiləşdirilə bilən dinamik dəvət sistemi ola bilər.Əgər confetti xüsusiyyəti AR ( Artırılmış Reallıq ) texnologiyasını əsas götürürsə bu xüsusiyyətin Vision Pro ilə sinxron işləməsi məntiqli olardı

  1. AR / VR - animasiyaları: Dəvətnamələr üzərində fərdi confetti effektləri yaratmaq.

  2. Sosial media inteqrasiyası: Dəvətnamələri paylaşarkən sosial media üzərindən geniş kütləyə xitab edə bilmək.

  3. Anlıq bildirişlər: Tədbir geri sayımı, çıxış edəcək şəxslər haqqında məlumat və s.



Apple Confetti (ai)

Bu xüsusiyyət Apple ekosisteminin üstünlüklərindən istifadə edə bilər. Yəni, U1 çipi ilə yaxınlıq əsaslı əlaqələr yarada və ya Apple Pencil ilə dəvətnamələrə rəsm çəkmək mümkün ola bilər.

Təsəvvür edin: 

Sizə göndərilmiş dəvətnaməni açırsınız və siz AR / VR - da confetti yağışını izləyirsiniz həmçinin virtual məkanda tədbirlərə qoşulursunuz.

Məncə, Apple-ın ən böyük çətinliyi istifadəçilərin diqqətini saxlamaq olacaq.

Məsələn, COVİD dövründə virtual tədbirlər əvvəl maraqlı olsa da, insanlar tez yoruldu. Confetti də qısa müddətli həyəcan yaradıb sonra göz ardı edilə bilər.


Zamanlama və Strategiya (Apple Confetti tədbir dəvət)

  1. AR / VR - fokusu: Vision Pro - nun təqdimatı ilə Apple immersiv texnologiyalara diqqəti artırdı.


Apple Confetti twitter
Twitter - Simon B. Støvring

Rəqabət: Google və Samsung kimi rəqiblər interaktiv kampaniyalardan, yeniliklərdən istifadə edir. Apple isə onları üstələməyə çalışır.


  • Tədbirlərin Təbiətinin Dəyişməsi

Hal-hazırda tədbirlərin həyata keçirilməsi bir tərəfli informasiya axını ilə məhdudlaşır:  

Şirkət elan edir → İnsanlar izləyir/yayımlaşır. Confetti isə interaktiv və iki tərəfli bir təcrübə yarada bilər:  

İstifadəçilər dəvətnamələrə toxunaraq AR animasiyaları aktivləşdirir, tapmacalar həll edir, yaxud öz dizaynlarını əlavə edir.  

Nəticə: Tədbir təqdimatı izləmək deyil, iştirak etmək hissi yaradır. 


  • Məhsul-Tədbir Sinergiyası

Apple tədbirləri adətən məhsul əsaslı olur. Confetti ilə bu məntiq dəyişə bilər:  

Tədbirin özü bir “məhsul” a çevrilir. Məsələn, dəvətnamədəki tapmacaları həll etmək üçün Apple Watch-dan istifadə etmək lazım ola bilər.  

Nəticə: Tədbir sadəcə məhsulu tanıtmaq üçün deyil, Apple ekosistemini gücləndirmək üçün platformaya çevrilir. 


  • Rəqiblər Üçün Yeni Standart

Əgər Apple bu modeli uğurla tətbiq etsə, digər şirkətlər də interaktiv dəvətnamələrə keçid edəcək.  

Google və Samsung artıq AR filtrlərlə təcrübələr aparır, lakin Apple ekosisteminin gücü (milyardlarca aktiv cihaz) bu ideyanı daha geniş miqyasda həyata keçirməyə imkan verir.  

Nəticə: Bütün sənayedə "tədbir marketinqi" anlayışı yenidən formalaşır.


Confetti  hələ də sirli, pərdə arxası olsada bu idea Apple - ın texnologiya və incəsənəti nəcə əlaqələndirdiyini bir daha sübut edir.

Apple rəsmi açıqlama edənə qədər bu xəbəri maraqlı bir şayiə kimi qəbul etmək daha məqsədə uyğundur.


Apple confetti
Apple Confetti nümunələri












Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page