top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

2025 - ci ildə Azərbaycanda Ən Sərfəli Mobil İnternet Paketləri - Hansı mobil internet paketi daha uyğundur?

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 13 Mar
  • 5 dakikada okunur

Güncelleme tarihi: 12 Nis

Azərbaycanda internet istifadəsinin artması və uyğun internet paketi seçməyin vacibliyi.

Azərbaycanda internet paketləri seçərkən istifadəçilər üçün ən vacib amillərdən biri qiymət, sürət və istifadə şərtləridir. Hər bir mobil operator (Nar, Bakcell və Azercell) fərqli tariflər təklif etsə də, hansı internet paketinin daha sərfəli olduğunu müəyyən etmək bəzən çətin ola bilər. Gələcək Bytes olaraq, bu məqalədə Azercell, Bakcell və Nar kimi əsas operatorların internet paketlərini müqayisə edərək, istifadəçilər üçün ən uyğun internet paketlərini araşdıracağıq. Əgər siz sosial media, oyun və ya iş üçün stabil və sərfəli internet axtarırsınızsa, bu yazı sizə kömək edəcək.


2025 Azərbaycanda internet paketləri
Azərbaycanda mobil internet paketləri

Azercell, Bakcell və Nar: Hansı Mobil Operatorun İnternet paketi Daha Sərfəlidir?

Bu mövzudan (Azercell, Bakcell və Nar: Hansı Mobil Operatorun İnternet paketi Daha Sərfəlidir?) danışmadan öncə ilk olaraq mobil internetdən istifadə tərzinə görə istifadəçi qruplaması edək. 


  1. Sosial Media İstifadəçiləri

Siz kimlərsiniz? Facebook, Instagram, TikTok və WhatsApp kimi platformalarda aktivsiniz. Video paylaşımları edirsiniz və daim internetə qoşulmaq istəyirsiniz.


  1. Video İzləyənlər (YouTube, Netflix və s.)

Siz kimlərsiniz? YouTube, Netflix və digər platformalarda video izləyənlər.


  1. Oyunçular (Mobile Gaming, Online Multiplayer)

Siz kimlərsiniz? PUBG Mobile, Call of Duty Mobile, Free Fire kimi oyunları mobil internetlə oynayırsınız və aşağı ping sizin üçün önəmlidir.


  1. İş və Təhsil Üçün İnternet İstifadə Edənlər

Siz kimlərsiniz? Zoom, Google Meet, e-mail və digər platformalarla işləyirsiniz. Təhsillə bağlı onlayn dərslərə qoşulursunuz.


  1. Gündəlik həyatda interneti hər şeydə istifadə edən, Gündəlik 500Mb  - 1Gb istifadə edən istifadəçilər üçün uyğun internet paketi


Sosial Media İstifadəçiləri üçün ən uyğun

Mobil İnternet Paketi

Ortalama hər gün 3 - 4 saat sosial şəbəkə üçün İnternetdən istifadə etdiyinizi hesablasaq, təxminən aylıq sizə 10 - 15 GB internet lazımdır.


Sosial media istifadəçiləri üçün uyğun internet paketləri
Sosial media istifadəçiləri üçün uyğun internet paketləri

Nar Mobil Operatoru:

Nar Mobil Operatorunun XL paketi nəzərdən keçirsək, istifadə müddəti 30 günlük olan bu internet paketinin Həcmi 11 GB - dır. Bundan əlavə XL paketi sizə limitsiz gecə interneti təklif edir, yəni saat gecə  00 : 00 - 07 : 59 qədər istifadə edəcəyiniz internet sizin 11 GB - lıq internet həcmindən çıxılmayacaq və üstəlik Whattsapda pulsuz yazışmada bu paketə daxildir. Qeyd edək ki, internetin sürəti 225 MB/s - dir, bu da sizin yüksək sürətli internet deməkdir. Gəldik bizə daha çox maraqlı olan hissəyə, Nar mobil operatorunda XL paketinin qiyməti 17 Manatdır.


Bakcell  Mobil Operatoru:

Bakcell mobil operatorunda, DaimOnline11 - paketi bizim üçün uyğun ola bilər..5 GB normal internet, 5 GB Sosial Mediada istifadə üçün internet təklif edən Bakcell, əlavə olaraq 150 dəqiqə şəbəkədaxili danışma təklif edir.Bu paketin Qiyməti 11 Manatdır.


Azercell Mobil Operatoru:

Azercell mobil operatorunda sosial media istifadəçiləri üçün uyğun olan paket İstəSən paketidir. Azercell mobil operatorunun İstəSən paketi haqqında çox danışacağıq.Çünki Azercell - də internet dedikdə bu paket çox uyğundur.İstəSən paketində internet həcmini siz özünüz yaradırsınız. Ümumi olaraq 10 GB internetin həcmi 12 Manat 70 Qəpikdir. Qeyd edək ki, İstəSən paketində avtomatik olaraq sizə 30 dəqiqə ölkədaxili danışma haqqı verilir.


Video İzləyənlər üçün ən uyğun Mobil İnternet Paketi (YouTube, Netflix və s.)

Video izləyən istifadəçilər üçün aylıq internet istifadəsi baxılan platformaya, keyfiyyətə və gündəlik istifadəyə bağlı olaraq dəyişir.720 HD olaraq, gündəlik 2 - 3 saat video izlədiyinizi düşünsək, sizə təxminən aylıq 30 - 40 GB -lıq internet paketləri lazımdır.



Video izləyənlər üçün ən uyğun mobil internet paketi
Video izləyənlər üçün ən uyğun mobil internet paketi


Azercell Mobil Operatoru:

Azercell Mobil operatorunda yenidən İstəSən tarifindən istifadə edə bilərik. Bu dəfə normal interneti 15 GB seçsək, 5 GB İnstagram və Facebook üçün seçsək əlavə olaraq da, 10 GB Youtube üçün seçsək toplam olaraq 30 GB - lıq bir internet paketi yaratmış oluruq.Paketin istifadə müddəti 30 gündür və yaratdığımız paketin qiyməti 24 Manat 70 Qəpik edir.Unutmayın bu paketdə avtomatik olaraq 30 dəqiqə ölkədaxili danışma haqqımız var.


Nar Mobil Operatoru:

Nar Mobil operatorunda bizim üçün uyğun olan paket 3XL paketidir.42 GB - lıq mobil internet təklif edən bu operator, Limitsiz gecə interneti və Whattsapda pulsuz yazışmada  təklif edir.

Paketin qiyməti 36 Manatdır.


Bakcell  Mobil Operatoru:

Bakcell mobil operatorunda 31 GB - lıq olan paket bizim üçün uyğundur. Qiyməti 29 Manatdır.



Oyunçular üçün ən uyğun mobil internet paketi
Oyunçular üçün ən uyğun mobil internet paketi

Oyunçular üçün ən uyğun Mobil İnternet Paketi

(Mobile Gaming, Online Multiplayer)

Mobil oyunçular üçün internet istifadəsi oynadıqları oyuna, oyun müddətinə və oynadıqları oyuna görə dəyişir. Təxminən Günün 3 - 4 saatını Oyun oynamaqla keçirirsinizsə sizə aylıq təxminən 6 - 10 GB internet lazımdır.


Bakcell  Mobil Operatoru:

Bakcell mobil operatorun 6 GB - lıq internet paketi bizim üçün uyğun ola bilər.

Bu paketin qiyməti 12 Manatdır.


Azercell Mobil Operatoru:

Azercell mobil operatorunda İstəSən paketini istifadə etmək daha cibimizə uyğun olacaq. 10 GB internet paketi seçsək, üstəlik 30 dəqiqə bizə ölkədaxili danışma haqqı verir. Bu paketin qiyməti 12 Manat 70 Qəpikdir.


Nar Mobil Operatoru:

Nar Mobil operatorunda L+ paketi bizim üçün uyğun ola bilər. Paket bizə 6 GB internet və whattsapda pulsuz yazışma haqqı verir. Paketin qiyməti 12 Manatdır.



iş və təhsil üçün ən uyğun mobil internet paketi
iş və təhsil üçün ən uyğun mobil internet paketi

İş və Təhsil üçün (Zoom, Google Meet, E - mail və s)

ən uyğun Mobil İnternet Paketi

İş və təhsil məqsədli istifadələr üçün internet istifadəsi əsasən onlayn görüşlər, videokonfranslar və

e - mail mübadiləsi ilə əlaqəlidir.Bu növ istifadəçilər üçün internetin sürəti və sabitliyi önəmlidir.Təxminən Gündəlik 1 - 2 saat istifadə etdiyinizi fikirləşsək, 20 - 30 GB internet sizin üçün kifayət olacaqdır. Gəlin birlikdə mobil operatorlarda (Azercell, Bakcell, Nar) 20 - 30 GB internet paketlərin qiymətinə baxaq.


Nar Mobil Operatoru:

Nar mobil operatorunda İş və Təhsil üçün internet istifadəçilərinə uyğun olan paket 2XL - dir. Bu paketə daxil olan internet 22 GB - dır.Bu internet paketinə limitsiz gecə interneti, və whattsap sosial media proqramında pulsuz yazışmaq daxildir.Paketin qiyməti 26 Manatdır


Bakcell  Mobil Operatoru:

Bakcell mobil operatorunun interneti iş və təhsil üçün istifadə edən istifadəçilərinə özəl ekonom bir internet paketi mövcuddur.Paketin adı "Onlayn iş və təhsil", paketə 40 GB internet daxildir. Qiyməti 20 Azndir.


Azercell Mobil Operatoru:

Azercell mobil operatorunda istifadə edəcəyimiz Paket 30 GB - lıq internet paketidir. Paketə pulsuz whattsapda yazışmaq da daxildir. Paketin qiyməti 29 Manatdır.


Gündəlik 500MB - 1GB internet istifadə edənlər üçün

ən sərfəli mobil internet paketi (2025 - ci ildə Azərbaycanda Ən Sərfəli Mobil İnternet Paketləri)

Gündəlik internetdən istifadə edən istifadəçilər üçün sərfəli paketlərə baxacayıq. Sosial media, xəbər oxuma, mesajlaşma və gündəlik onlayn fəaliyyətlər üçün hansı paketin bizə ideal olacağını araşdıracayıq. İstər iş üçün, istər əyləncə üçün.



İnternet
İnternet

Azercell Mobil Operatoru:

Azercell mobil operatorunda İstəSən paketi ilə uyğun bir internet həcmi yarada bilərik.11 GB ümumi internet, 3 GB Facebook və İnstagram, 3 GB Youtube, 2 GB tiktok üçün internet paketi istifadə edərik.(İstəyinizə uyğun olaraq siz bunu dəyişdirə bilərsiniz. Sadəcə diqqət yetirsəniz, biz 19 GB - lıq internet paketi yaratdıq). Əlavə olaraq 30 dəqiqə ölkədaxili danışma haqqı qazanırıq. Paketin qiyməti 18 Manat 70 Qəpikdir.


Nar Mobil Operatoru:

Nar mobil operatorunda “İş və Təhsil üçün İnternet istifadəçiləri (Zoom, Google Meet, E - mail və s) üçün ən uyğun Mobil internet paketi”- də istifadə etdiyimiz 2XL internet paketini istifadə edə bilərik. Paketə 22 GB internet daxildir.Unutmayaq ki, Paketə limitsiz gecə interneti və Whattsapda pulsuz yazışmaq daxildir.Paketin qiyməti 26 Manatdır.


Bakcell Mobil Operatoru:

Bakcell mobil operatorunda 31 GB - lıq internet paketini istifadə edə bilərik. Paketin qiyməti 29 Manatdır.


#2025 - ci ildə Azərbaycanda Ən Sərfəli Mobil İnternet Paketləri

1 則留言

評等為 0(最高為 5 顆星)。
暫無評等

新增評等
訪客
3月14日

Azercell mobil operatoru daha uyğundur

按讚
bottom of page